Anar Bağırov Avropa Birliyini tənqid etdi: “Yardımdan imtina edirəm”

Anar Bağırov Avropa Birliyini tənqid etdi:  “Yardımdan imtina edirəm”
  10 Aprel 2020    Oxunub:3404
"Avropa Birliyi ayırdığı yardıma görə sağ olsun, ancaq əhali sayına görə ölkəmizə daha yaxın olan Belarusa bizdən 4 dəfə artıq, əhalisi bizdən bir neçə dəfə az olan ölkələrə isə dəfələrlə artıq vəsaitin ayrılmasında ayrı-seçkilik və ikili standarlar əlamətləri göz qabağındadır"
Azvision.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov özünün "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, yardım dövlətlərə məqsədli şəkildə vətəndaşlara dəstək vermək üçün ayrılır: "Bir vətəndaş kimi bu yardımdan özümə çatan paydan imtina edirəm, təşəkkürlər".

Qeyd edək ki, Avropa İttifaqı pandemiya ilə mübarizə üçün Azərbaycana 14 milyon avro, Ermənistana 92 milyon avro, Gürcüstana isə 183 milyon avro vəsait ayırıb.

Azvision.az



Teqlər: Vəkil    





Xəbər lenti