COVID-19: ABŞ-da bir gündə 1904 nəfər öldü

  COVID-19:  ABŞ-da bir gündə 1904 nəfər öldü
  10 Aprel 2020    Oxunub:3306
ABŞ-da yeni növ koronavirusa yoluxma hallarının sayı durmadan artır.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli və federal hakimiyyət orqanlarının göstəriciləri əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Qeyd edilib ki, son 24 saat ərzində ABŞ-da COVID-19 infeksiyasından 1904 nəfər ölüb. Ümumilikdə isə 16 672 nəfər pandemiyanın qurbanı olub.

ABŞ hazırda koronavirusa yoluxma halların sayına görə dünyada birinci, ölüm hallarının sayına görə İtaliyadan sonra ikinci yerdədir. Ümumilikdə Amerikada koronavirusa yoluxanların sayı 425 mini ötüb, 25 min xəstə sağalıb.

Azvision.az


Teqlər: ABŞ   Koronavirus  





Xəbər lenti