Fransada 12 mindən çox insan koronavirusdan ölüb

Fransada 12 mindən çox insan koronavirusdan ölüb
  10 Aprel 2020    Oxunub:2778
Fransada koronavirusdan ölənlərin sayı artıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə İdarəsinin rəhbəri Jerom Salomon məlumat verib.

Baş direktor bildirib ki, Fransada koronavirus qurbanlarının sayı 12 min 210 nəfərə çatıb. Onun sözlərinə görə, ölənlərin 42% -i 70 yaşdan yuxarı insanlardır:

Bundan başqa, hazırda 7066 xəstə reanimasiyada həkim nəzarətindədir.

Azvision.az


Teqlər: Fransa   Koronavirus  





Xəbər lenti