“Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır” - Zaxarova
“Rusiya Federasiyası Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır. Dağlıq Qarabağın statusu siyasi danışıqlar yolu ilə müəyyən edilməlidir və ATƏT-in Minsk qrupu problemin kompleks həlli ilə məşğuldur. Hesab edirik ki, nizamlanma prosesinin gedişi adıçəkilən tədbirdən hər hansı dərəcədə asılı deyil”, - deyə Rusiya XİN rəsmisi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma “seçkilər”lə bağlı suala cavabında bildirib.
Azvision.az