Dövlət Sərhəd Xidməti reyd keçirdi

Dövlət Sərhəd Xidməti reyd keçirdi
  02 Yanvar 2014    Oxunub:961
Qanunsuz miqrasiya ilə məşğul olan üç kriminal qrup zərərsizləşdirilib.
2013-cü il ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən qanunsuz miqrasiya ilə məşğul olan 3 kriminal qrup, həmçinin qaçaqmalçılıq və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, bundan başqa Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədilə Azərbaycana məxsus 87, Rusiyaya məxsus 23, İrana məxsus 6, Türkmənistan və Qazaxıstanın hər birinə məxsus 1 gəmiyə, habelə kiçik üzmə vasitələrinə baxış keçirilib. Ümumilikdə 65 gəmi və 274 qayıq barəsində zəruri tədbirlər görülüb.


Teqlər:





Xəbər lenti