Məşhur müğənni koronavirusa yoluxdu

Məşhur müğənni koronavirusa yoluxdu
  09 Aprel 2020    Oxunub:2679
Rusiyanın məşhur müğənnisi Stas Mixaylov koronavirusa yoluxub.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, müğənni hospitalda pnevmoniyadan müalicə kursu keçərək evə buraxılıb. Sonra koronavirus testi verib. Onda koronavirusun əlamətləri aşkarlanıb. Lakin vaxtında pnevmoniyadan müalicə almağa başladığı üçün vəziyyəti ağırlaşmayıb.

Müğənni koronavirusa yoluxduğuna əmin olmaq üçün daha bir analiz verib.

Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti