Xəstəxanalara pulsuz içməli sular çatdırıldı - FOTOLAR

Xəstəxanalara pulsuz içməli sular çatdırıldı  -  FOTOLAR
  09 Aprel 2020    Oxunub:4551
Müxtəlif sosial və ekoloji layihələr çərçivəsində əməkdaşlıq edən "ASAN Könüllüləri" Təşkilatı və "Coca- Cola Azərbaycan" ölkəmizdə koronavirus (COVID-19) pandemiyasına qarşı aparılan mübarizəyə dəstək nümayiş etdirib.
Azvision.az xəbər verir ki, ASAN könüllüləri və "Coca- Cola Azərbaycan"nın əməkdaşlarının birgə təşəbbüsü ilə xəstəxanalara ödənişsiz formada içməli sular çatdırılıb.

Xəstəxanalarda çalışan tibbi personal və karantin rejimində olanların su tələbatını ödəmək üçün 120,000 vahid “Bonaqua” suları könüllülərin iştirakı ilə ünvanlara göndərilib.

Qarşıdakı bir neçə gün ərzində həm Bakı şəhəri, həm də bölgələrdə karantin rejimində fəaliyyət göstərən xəstəxanalara içməli suların çatdırılması təmin ediləcəkdir.









Azvision.az



Teqlər: ASAN-Xidmət   Xəstəxana   Karantin  





Xəbər lenti