Bakıda karantin rejimini pozan şəxs həbs olundu

Bakıda karantin rejimini pozan şəxs həbs olundu
  09 Aprel 2020    Oxunub:2731
Paytaxtın Yasamal rayonunda xüsusi karantin rejim qaydalarını pozan şəxs məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, əvvəllər Cinayət Məcəlləsinin 243-cü (Fahişəliyə cəlb etmə) maddəsi ilə məhkum olunmuş, 1979-cu il təvəllüdlü Neftçala rayon sakini Fizuli Əliyev polisin qanuni tələblərinə tabesizlik göstərərək xüsusi karantin rejimi qaydalarını pozaraq üzərində gəzdirdiyi kəsici alətlə özünə xəsarət yetirib.

Yasamal Rayon Polis İdarəsində F.Əliyev barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Rayon məhkəməsinin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 20 gün həbs inzibati tənbeh növü tətbiq edilib.

Azvision.az



Teqlər: DİN   Yasamal  





Xəbər lenti