Niderlandda daha 148 nəfər virusdan öldü

Niderlandda daha 148 nəfər virusdan öldü
  09 Aprel 2020    Oxunub:1728
Niderlandda sutka ərzində koronavirusa 1213 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bununla da virusa yoluxanların sayı 21 min 762 nəfərə çatıb.

Ölkənin Milli Səhiyyə İnstitutunun məlumatına görə, sutka ərzində 148 nəfər virusdan ölüb. Nəticədə koronavirus qurbanlarının sayı 2396 nəfər olub.

Qeyd edək ki, Niderlandda 7972 nəfərin xəstəxanalarda müalicəsi davam etdirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Niderland   Koronavirus  





Xəbər lenti