Ziyafət Əsgərov deputatları onlayn iclasa topladı

  09 Aprel 2020    Oxunub : 1416
Ziyafət Əsgərov deputatları onlayn iclasa topladı
Koronavirus (COVİD-19) ilə mübarizə tədbirləri çərçivəsində parlamentin komitə iclasları onlayn qaydada keçirilir.
Milli Məclisdən Azvision.az -a verilən məlumata görə, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasları da bu qaydada keçirilməkdədir.

Komitənin martın 26-da, martın 29-da, aprelin 1-də və aprelin 8-də keçirilmiş iclaslarının gündəliyini müzakirəyə komitənin sədri Ziyafət Əsgərov təqdim edib.

Bu iclaslarda “Sərhəd mühafizə orqanları haqqında”, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihəsi, “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” qanun layihəsi, “Hərbi qulluqçuların statusu haqqında”, “İnzibati icraat haqqında”, “Təhsil haqqında” və “Elm haqqında” qanunlarında, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətçəkmə haqqında” Əsasnamədə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə” qanun layihəsi və “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” qanun layihəsi müzakirə olunub, deputatlar bu məsələlərlə bağlı fikir mübadiləsi aparıb, rəy və təkliflərini veriblər.

Müzakirəyə çıxarılmış qanun layihələri baxılmaq üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

Azvision.az

Teqlər: MM   Komitə   İclas