“Ən yaxşı artilleriya divizionu” adı uğrunda yarış - VİDEO

“Ən yaxşı artilleriya divizionu” adı uğrunda yarış -    VİDEO
  09 Aprel 2020    Oxunub:2381
Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı artilleriya divizionu” adı uğrunda yarış keçirilib.
Azvision.az xəbər verir ki, yarışda artilleriya divizionlarının şəxsi heyəti bütün mərhələlər üzrə tapşırıqları uğurla yerinə yetirərək birinci olmaq üçün bilik və bacarıqlarını nümayiş etdirib.

Təlim-döyüş tapşırığını icra edən artilleriya divizionlarının tədris-maddi bazası, şəxsi heyətin təchizatı, fərdi və qrup halında normativlərin icra səviyyəsi yoxlanılıb.

Yarışın şərtlərinə uyğun olaraq təlim-atəş tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirən “N” saylı birləşmənin haubitsalı artilleriya divizionu ən yaxşı divizion adına layiq görülüb.



Azvision.az


Teqlər: Hərbi  





Xəbər lenti