“Cəmil Həsənli və Əli Kərimli xalqın düşmənidir” - Ziyafət Əsgərov

“Cəmil Həsənli və Əli Kərimli xalqın düşmənidir”  -  Ziyafət Əsgərov
  09 Aprel 2020    Oxunub:3696
“Koronavirusa qarşı ən kamil mübarizə aparan ölkələrdən biri Azərbaycandır”

Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib. Komitə sədri bildirib ki, hamımız dəmir nizam-intizama nail olmalıyıq və hamı qanuna tabe olmalıdır.
“Cəmil Həsənli, Əli Kərimli, Sevinc Osmanqızı və digərləri Azərbaycan xalqının düşmənləridir. Bu gün xalqla hökumətin bir yerdə olması həmin insanlara sərf etmir. Dövlətə bu qədər düşmən kəsilmək olmaz. Hakimiyyətə müxalifət olmaq olar. Parlamentdə də bizim müxalif həmkarlarımız var. Onlar lazım gələndə sözlərini deyir, tənqidlərini edirlər. Ancaq hər şeyin bir əndazəsi olmalıdır. Azərbaycan xalqına düşmən kəsilmiş insanlara qarşı vahid mövqedən çıxış etmək lazımdır”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti