"Utanmasalar deyərlər ki, koronavirusu hökumət yaradıb" - Komitə sədri

 "Utanmasalar deyərlər ki, koronavirusu hökumət yaradıb" -    Komitə sədri
  09 Aprel 2020    Oxunub:3338
“Bu gün xaricdə oturub Azərbaycanın əleyhinə işlər aparan adamlar var”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədrinin sözlərinə görə, onlar utanmasalar deyərlər ki, dünyada koronavirusu Azərbaycan hökuməti yaradıb: “Özləri xaricdə oturub evdən çıxa bilmirlər. Azərbaycanda vəziyyət nə qədər ağır olsa, onlar üçün yaxşıdır. Bunu istəyən iki qrup var: Ermənistan və Azərbaycanı istəməyən qüvvələr”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti