Belarusda virusa yoluxanların sayı 1500-ə çatır

Belarusda virusa yoluxanların sayı 1500-ə çatır
  09 Aprel 2020    Oxunub:1880
Belarusda sutka ərzində koronavirusa 420 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların sayı 1486-ya çatıb.

Sutka ərzində 3 nəfər dünyasını dəyişib. Ümumilikdə COVİD-19-dan ölənlərin sayı 16 nəfərdir. 139 nəfər xəstəlikdən sağalıb.

Qeyd edək ki, Belarusda virusun qarşısının alınması ilə bağlı vaxtında tədbirlər görülməyib. Bu səbəbdən fəsadların ağır olacağı istisna edilmir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus   Koronavirus  





Xəbər lenti