Hökumətin hesabatı qəbul edildi - YENİLƏNİB

Hökumətin hesabatı qəbul edildi -  YENİLƏNİB
  09 Aprel 2020    Oxunub:5610
Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2019-cu ildəki fəaliyyəti haqqında hesabatı müzakirə olunub.
Azvision.az xəbər verir ki, iclasda Baş Nazir Əli Əsədovun videohesabatı dinlənilib.

Daha sonra hesabat deputatlar tərəfindən müzakirə edilib. Müzakirələrdən sonra hökumətin hesabatı səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, deputatların hesabatla bağlı səsləndirdikləri rəy və təklifləri sistemləşdirilərək Milli Məclis tərəfindən Nazirlər Kabinetinə göndəriləcək.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Baş-Nazir   Hesabat  





Xəbər lenti