Milli Məclis Elman Rüstəmovla bağlı qərar verdi

 Milli Məclis Elman Rüstəmovla bağlı qərar verdi
  09 Aprel 2020    Oxunub:2770
Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunub.
Azvision.az xəbər verir ki, müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, sonuncu dəfə Milli Məclis E.Rüstəmovu bu vəzifəyə 3 aprel 2015-ci il tarixində 5 il müddətinə təsdiqləyib. 9 aprel 2015-ci ildə Prezident İlham Əliyev bu təyinatla bağlı sərəncam imzalayıb.

Xatırladaq ki, E.Rüstəmov 25 ildir AMB-yə rəhbərlik edir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Elman-Rüstəmov  





Xəbər lenti