ABŞ-ın neft hasilatını azaltmaq ehtimalı yoxdur

 ABŞ-ın neft hasilatını azaltmaq ehtimalı yoxdur
  09 Aprel 2020    Oxunub:3005
ABŞ qlobal bazarın digər iştirakçıları ilə razılaşdırılmış neft hasilatının azaldılmasına yol verməyəcək.

Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evdə keçirdiyi brifinqdə Amerika prezidenti Donald Tramp bildirib.
"Düşünmürəm ... Qulaq asın, biz artıq azaltmışıq, biz bazara yönəlmişik. Onlar (Amerika istehsalçıları) avtomatik olaraq istehsal həcmlərini azaldıblar", - Tramp OPEC + formatında qarşıdakı məsləhətləşmələrlə bağll ABŞ-ın başqaları ilə razılaşdırılmış neft hasilatının azaldılmasında iştirak etməyə hazır olub-olmaması ilə bağlı suala cavabında deyib.

Xatırladaq ki, neft hasilatının azaldılması üzrə OPEC+ ölkələrinin iclası gözlənilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Neft   Hasilat  





Xəbər lenti