Özbəkistanda virusa yoluxanların sayı artdı

Özbəkistanda virusa yoluxanların sayı artdı
  09 Aprel 2020    Oxunub:2278
Özbəkistanda yeni növ koronavirusa yoluxanların sayı 555 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sutka ərzində karantinə alınmış 10 xəstənin analizi müsbət çıxıb.

Qeyd edək ki, Özbəkistanda ilk yoluxma halı martın 15-də Fransadan ölkəyə qayıdan vətəndaşda aşkarlanıb. Bu günə qədər ölkədə koronavirusdan 3 nəfər ölüb, 30 nəfər isə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus   Özbəkistan  





Xəbər lenti