ABŞ koronavirusdan ölənlərin sayına görə ikincidir

 ABŞ koronavirusdan ölənlərin sayına görə ikincidir
  09 Aprel 2020    Oxunub:3419
ABŞ dünyada koronavirusdan ölənlərin sayına görə ikinci yerdədir.
Azvision.az xəbər verir ki, bu barədə Con Hopkins universiteti açıqlama yayıb.

Universitetin məlumatına görə, ABŞ-da koronavirusdan ölənlərin sayı 14 817 nəfərə çatıb. İspaniyada isə ölənlərin sayı 14 792 nəfərdir. Ən çox itkini İtaliya verib. Bu ölkədə 17 669 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, dünyada koronavirusdan ölənlərin sayı 88 min 538 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Koronavirus  





Xəbər lenti