Xaçmazda ikimərtəbəli evdə yanğın olub

  08 Aprel 2020    Oxunub : 1678
Xaçmazda ikimərtəbəli evdə yanğın olub
Xaçmaz rayonunda yanğın baş verib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə, digər otağın tavanının taxta atmaları 28 m² sahədə və ikinci mərtəbəsində mətbəx 7 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın