Xüsusi karantin rejimi daha da sərtləşdirilə bilər

 Xüsusi karantin rejimi daha da sərtləşdirilə bilər
  08 Aprel 2020    Oxunub:10405
Xüsusi karantin rejiminin müddətinin artılması vəziyyətdən asılıdır. Yoluxmanın dinamikası və qayda pozulması halları bugünkü kimi qalarsa, xüsusi karantin rejimi aprelin 20-dən sonra artırıla bilər.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, aprelin 20-dən sonra xüsusi karantin rejimi daha da sərtləşdirilə bilər: “Vətəndaşlar arasında qaydaları pozanlar çoxdur. Külli miqdarda saxta jurnalist vəsiqələri və saxta icazələrlə dolaşanlar var”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Nazirlər-Kabineti   Karantin  





Xəbər lenti