TƏBİB sədri: “Yoluxma hallarının sayı artır”

 TƏBİB sədri: “Yoluxma hallarının sayı artır”
  08 Aprel 2020    Oxunub:4875
Bu gün koronavirusla bağlı 3 mindən artıq müayinə aparılıb, 105 nəfərdə koronavirus aşkarlanıb.

Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu rəqəmlərin arasında Naxçıvanda aşkar olunan hallar da var.
“Bu gün 19 nəfər sağalaraq evə yola salınıb. Ümumilikdə ölkədə 822 nəfər koronavirusa yoluxub. Koronavirusdan ölüm halları 8 nəfərdir”.

R.Bayramlı bildirib ki, hazırda 750 nəfər aktiv koronavirus xəstəsi var. Bu günə qədər 53 mindən artıq test icra olunub. Ötən günlərlə müqayisədə yoluxma hallarının sayı artır.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti