Karantin rejimini pozan 12 nəfər həbs edilib

 Karantin rejimini pozan 12 nəfər həbs edilib
  08 Aprel 2020    Oxunub:2591
Azərbaycanda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, polis tərəfindən son 24 saat ərzində 3073 nəfərin xüsusi karantin rejimi qaydalarını pozduğu müəyyən edilib. Onlar inzibati qaydada protokol tərtib edilərək cərimələnib,12 nəfər isə inzibati qaydada həbs edilib.

Azvision.az



Teqlər: Karantin  





Xəbər lenti