Nazirlik yeni aldığı avtomobilləri Qarabağ əlillərinə verəcək

  08 Aprel 2020    Oxunub : 2391
Nazirlik yeni aldığı avtomobilləri Qarabağ əlillərinə verəcək
"Bəzi media orqanlarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Azərmaş” MMC-dən “Khazar LX” markalı 164 avtomobilin alınacağı ilə bağlı məlumatlar yayılsa da, avtomobillərin hansı məqsədlə alınacağı qeyd edilməyib".
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, nazirlik tərəfindən hər il olduğu kimi, bu il də Qarabağ müharibəsi əlillərinin minik avtomobilləri ilə təmin olunması nəzərdə tutulub. Alınacaq 164 avtomobil Qarabağ müharibəsi əlillərinə veriləcək.

Nazirlik rəsmisi media orqanlarına hər hansı məlumatı yaymazdan əvvəl dəqiqləşdirmə aparmağı tövsiyə edib.

Azvision.az

Teqlər: Qarabağ   Əlil   Maşın