Baş Nazir Milli Məclisdə videohesabat verəcək

  08 Aprel 2020    Oxunub : 2112
 Baş Nazir Milli Məclisdə videohesabat verəcək
Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək. İclasın gündəliyinə 6 məsələ təklif olunub.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

Onun sözlərinə görə, karantin rejimi ilə əlaqədar olaraq iclasda Baş Nazir Əli Əsədovun videohesabatı dinləniləcək: "Videohesabatdan sonra aparılan müzakirələr zamanı deputatlar tərəfindən səsləndirilən rəy və təkliflər ümumiləşdirilərək Nazirlər Kabinetinə göndəriləcək".

A.Təvəkküloğlu qeyd edib ki, yaşı 65 və ondan yuxarı olan deputatlardan karantin rejiminin qaydalarına əməl edilməsi xahiş olunub.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: