Baş Nazirdən əlilliyi olan şəxslərlə bağlı qərar

  Baş Nazirdən əlilliyi olan şəxslərlə bağlı qərar
  08 Aprel 2020    Oxunub:2706
Nazirlər Kabineti "Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddətinin uzadılması" barədə qərar qəbul edib.
Azvision.az xəbər verir ki, bu barədə qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların əlillik müddəti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb.

Azvision.az


Teqlər: Nazirlər-Kabineti  





Xəbər lenti