Qeydiyyata düşmək istəyən işsizlərin nəzərinə!

Qeydiyyata düşmək istəyən işsizlərin nəzərinə!
  07 Aprel 2020    Oxunub:11269
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik ödəməni almaq hüququna baxılması üçün işsiz şəxslərin qeydiyyatı ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq ölkənin şəhər və rayonları üzrə elektron qaydada müraciət günlərinin qrafikini tərtib edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Azvision.az -a bildirilib ki, işsiz statusuna uyğun gələn şəxslər olduqları rayon (şəhər) üzrə həmin QRAFİKdə göstərilən günlərdə www.e-sosial.az portalı vasitəsilə elektron qaydada müraciətlərini edə bilərlər. https://azvision.az/redirect.php?url=http://sosial.gov.az/post/3320

12 aprel tarixindən etibarən bu məhdudiyyət aradan qaldırılacaq.

İnternetə əlçatanlığı olmayan vətəndaşlar isə olduqları rayon (şəhər) Məşğulluq Mərkəzlərinə işsiz kimi qeydiyyatla alınmaqla bağlı xüsusi karantin rejimi dövründə istənilən gün telefonla müraciət edə bilərlər. Rayon (şəhər) Məşğulluq Mərkəzlərinin telefon nömrələrini https://azvision.az/redirect.php?url=http://sosial.gov.az/laq-nomrlri linkinə daxil olmaqla öyrənmək olar.



Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti