Karantin uzansa, birdəfəlik ödəmə növbəti aylarda da veriləcək

 Karantin uzansa, birdəfəlik ödəmə növbəti aylarda da veriləcək
  07 Aprel 2020    Oxunub:4268
Karantin müddəti uzandığı halda birdəfəlik ödəmə (190 manat) növbəti aylarda da veriləcək.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, hər ailəyə ödəniş bir dəfə həyata keçiriləcək.

“Əgər ailədə 2 nəfər varsa və onlar işləmirsə, onlardan biri işsizliyə görə qeydiyyatdan keçə bilər. Onlardan birinə birdəfəlik ödəniş veriləcək. Bütün ödənişlər nağdsız şəkildə həyata keçiriləcək”.

Nazir qeyd edib ki, əgər işsiz kimi qeydiyyata düşən vətəndaşın şəxsiyyət vəsiqəsinin vaxtı bitibsə, onun qeydiyyata alınmasında problem yarana bilər: “Çünki bütün məlumatlar elektron FİN nömrə üzərində araşdırılır. Vəsiqənin vaxtı bitibsə, onda biz onun məlumatlarını yoxlaya bilməyəcəyik və həmin şəxsə işsiz statusu verilməyəcək”.

S.Babayev əlavə edib ki, əgər ailədə ata, ana və 18 yaşından yuxarı əmək yaşına çatmış iki övlad varsa, birdəfəlik ödənişin verilməsi üçün övladlar nəzərə alınmır: “ Ana və atanın biri əmək müqaviləsi üzrə işləyirsə, nəzərə alınmır. Çünki artıq dövlət ona yardım edir. Digərinin ödəniş alması düzgün olmazdı. Övladların ayrıca birdəfəlik ödəmə almaq hüququ var və müraciət edə bilərlər”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Sahil-Babayev  





Xəbər lenti