DİN vətəndaşları maraqlandıran məsələlərə aydınlıq gətirdi

   DİN vətəndaşları maraqlandıran məsələlərə aydınlıq gətirdi
  07 Aprel 2020    Oxunub:2786
Daxili İşlər Nazirliyi (DİN) xüsusi karantin rejimi şəraitində vətəndaşları maraqlandıran bəzi məsələlərə aydınlıq gətirib.
DİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşı karantin rejiminin pozulması haqqında inzibati protokol tərtib etdikdən sonra İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında protokolun sürəti mütləq qaydada barəsində icraat aparılan şəxsə verilir.

“Hazırda respublikanın digər rayonlarında olan Bakı qeydiyyatlı şəxslərin paytaxta qayıtmalarına icazə verilirmi, verilirsə onlar necə qayıda bilərlər” sualına cavab olaraq bildirilib ki, respublikanın şəhər və rayonlarına gedən, Bakı şəhəri üzrə daimi qeydiyyatda olan şəxslər öz avtomobilləri ilə, avtomobilləri olmayanlar isə rayonun və şəhərin hüdudunadək taksilərdən istifadə etməklə paytaxta geri qayıda bilərlər.

Həmçinin qeyd olunub ki, ərzaq və dərman almaq üçün, habelə bank və poçt xidmətlərindən istifadə etmək üçün SMS vasitəsilə icazəsi olan şəxslər 2 saat müddətində ev heyvanlarını da gəzdirə bilərlər.

Azvision.az


Teqlər: DİN   Karantin  





Xəbər lenti