Nazir işsizlərlə bağlı statistikanı açıqladı

  Nazir işsizlərlə bağlı statistikanı açıqladı
  07 Aprel 2020    Oxunub:2772
Cari ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda işsiz əhali 5 faiz, yəni 250 min nəfər idi. Onların 90 mini ötən ilin dekabrında qeydiyyata düşmüşdü. Yanvarın 1-ə olan məlumata əsasən 101 min insan qeydiyyata düşüb.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, 250 min insanın 50 mini ödənişli iş yerlərinə yönəldiləcək.

“Təqribən 200 mini bu vasitə ilə dəstəkləyə biləcəyik. Lakin müraciətlərin analizi göstərəcək ki, bu insanlardan nə qədəri sosial ödəniş almır. Onlar qeydiyyata düşdükcə, hansısa müavinət, pensiya və subsidiya alması və ya başqa ödənişlər alması məlum olacaq. Bunun üzərindən real rəqəmi deyə biləcəyik. Bu gün biz bilmirik ki, kim harada işləyir. Yalnız əmək müqaviləsi ilə işləyənləri bilirik”.

Nazir əlavə edib ki, son 10 gündə əmək müqavilələrinin sayının 30 min artmasının iki səbəbi var.

“Birinci səbəb odur ki, əməkhaqqı fonduna görə dövlət dəstəyin verilməsidir. İkinci isə evdən çıxmağa görə işçilərə icazələrin alınması ilə əlaqədardır”

Aytən Zəhra
Azvision.az


Teqlər: Sahil-Babayev  





Xəbər lenti