BMT-nin 10 əməkdaşı koronavirusa yoluxub

  BMT-nin 10 əməkdaşı koronavirusa yoluxub
  07 Aprel 2020    Oxunub:2307
Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədəki 10 əməkdaşı koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə BMT-nin Cenevrə ofisinin rəsmi nümayəndəsi Alessandra Velluççi deyib.

Onun sözlərinə görə, daha əvvəl 9 əməkdaşın yoluxması barədə məlumat verilib. Xəstələr arasında BMT-nin Ətraf mühit proqramının iki əməkdaşı, Myanmada müstəqil araşdırma mexanizminin əməkdaşı, BMT-nin Daxili Nəzarət Xidməti ofisinin, İnsan Hüquqları üzrə Ali Komissarlıq Aparatının və Cenevrədəki katibliyin əməkdaşları da var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: BMT   Koronavirus  





Xəbər lenti