Sahil Babayev: “50 min nəfər işlə təmin olunacaq”

      Sahil Babayev:    “50 min nəfər işlə təmin olunacaq”
  07 Aprel 2020    Oxunub:3790
İşsiz şəxslərin məşğulluğunun təmin edilməsi üçün ödənişli əsaslarla ictimai iş yerlərinin sayı 50 min artırılır. Bakı, Gəncə, Sumqayıt, digər şəhərlərimiz və rayonlarımız üzrə bölgü müəyyən edilib. Gələn həftədən etibarən bu şəxslərin 50 min iş yerinə cəlb edilməsi prosesinə başlanılacaq.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, məşğulluq alt sistemində işsiz statusu almış şəxslərə yaşayış minimumu məbləğində, yəni 190 manat ödəmənin həyata keçirilməsi nəzərdə tutulur.

“Bu tədbir işsiz və pandemiya nəticəsində iş yerini itirərək işsiz statusuna düşən şəxslərin müdafiəsinə yönəlib. Özünməşğulluq proqramının icrasına başlanılıb. 3 minə yaxın insan təlimlərdən keçərək layihəyə cəlb edilib. Bu il ən azı 11 min insanı özünməşğulluq proqramı ilə əhatə etməyə çalışacağıq”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Sahil-Babayev   Nazir  





Xəbər lenti