OPEC+ ölkələri neft hasilatını azaltmağı müzakirə edir

 OPEC+ ölkələri neft hasilatını azaltmağı müzakirə edir
  07 Aprel 2020    Oxunub:2102
OPEC və qeyri-OPEC ölkələri may ayından iyulun sonuna kimi neft hasilatını azaltmağı müzakirə edirlər.
Azvision.az xəbər verir ki, bu barədə TASS agentliyi OPEC-dəki mənbələrə istinadla məlumat yayıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, müqavilə may ayında bağlanıla bilər, çünki aprel ayı üçün tədarüklər artıq planlaşdırılıb.

Başqa bir məlumata əsasən, hələ dəqiq müddət təyin olunmayıb, lakin razılaşmanın iyun ayından əvvəl olacağı dəqiqdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: OPEC   Neft  





Xəbər lenti