“Qırmızı kitab”a düşmüş quşu ovlayan tapıldı

  07 Aprel 2020    Oxunub : 1425
“Qırmızı kitab”a düşmüş quşu ovlayan tapıldı
Qızılagac Milli Parkının və Su Nəqliyyatında Polis idarəsinin əməkdaşları tərəfindən brokonyerliyə qarşı mübarizə məqsədilə keçirilən reyd zamanı milli parkın su ərazisində icazəsiz quş ovlayan şəxs saxlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, taxta qayıqla ov edən Masallı rayon sakini Çingiz Əmiraslanovdan ov tüfəngi, ovlanmış qaşqaldaq, ördək və adı "Qırmızı kitab"a düşmüş soltan toyuğu götürülüb.

Faktla bağlı akt tərtib olunub, təbiətə 1039 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Hazırda Su Nəqliyyatında Polis İdarəsi tərəfindən təhqiqat aparılır.

Azvision.az

Teqlər: ETSN   Ov