Agentlik: Koronavirusun müalicəsində antibiotiklər effektiv deyil

      Agentlik:  Koronavirusun müalicəsində antibiotiklər effektiv deyil
  07 Aprel 2020    Oxunub:2910
"Koronavirusun müalicəsində antibiotiklər effektiv deyil. Antibiotiklər virusa təsir etmir, onlar yalnız bakterial infeksiyalara qarşı təsirlidir. "COVID-19" virus təbiətli olduğundan antibiotiklər qeyri-effektivdir".

Azvision.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatında bildirilib.
"Koronavirusun profilaktikası və müalicəsi üçün antibiotiklərdən istifadə etmək olmaz. Onlardan istifadəyə yalnız həkimin göstərişi əsasında bakterial infeksiyanın müalicəsi üçün yol verilir”,- deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: Agentlik  





Xəbər lenti