Əfvin icrası başa çatdı - 176 nəfər azadlıqda

   Əfvin icrası başa çatdı -    176 nəfər azadlıqda
  07 Aprel 2020    Oxunub:3796
Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamının icrası başa çatıb.
Azvision.az xəbər verir ki, əfv sərəncamı ilə cəzasının çəkilməmiş hissəsi bağışlanan 176 məhbusun hamısı azadlığa buraxılıb.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Azvision.az


Teqlər: Əfv   Sərəncam   Məhbus   Azadlıq  





Xəbər lenti