Ukraynada hərbçilər koronavirusa yoluxdu - Ölən var

Ukraynada hərbçilər koronavirusa yoluxdu -   Ölən var
  07 Aprel 2020    Oxunub:2793
Ukrayna Silahlı Qüvvələrində koronavirusa yoluxanların sayı 4 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Silahlı Qüvvələrin Tibbi komandanlığı məlumat yayıb. Bildirilib ki, hərbçilərdən biri dünyasını dəyişib.

Son məlumata görə, Ukraynada 1,4 min insan koronavirusa yoluxub, 45 nəfər ölüb, 28 xəstə isə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna  





Xəbər lenti