Yerli maskalar bir həftədən sonra satışa çıxarılacaq

Yerli maskalar bir həftədən sonra satışa çıxarılacaq
  07 Aprel 2020    Oxunub:3483
İstehsal prosesində artıq son quraşdırma işləri aparılır. Bizim yerli istehsal maskalarımız bir həftədən sonra bazarda olacaq.

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Tekstil Fabriki” MMC-nin təsisçisi Səkinə Babayeva bildirib.
Onun sözlərinə görə, maskaların qiyməti hələ müəyyənləşməyib: "Yaxın iki gün ərzində Azərbaycan istehsalı olan maskaların satış qiyməti açıqlanacaq. Müəssisədə ilk 15 gün ərzində maska tələbatının gündəlik 30-40 faizinin təmin edilməsi nəzərdə tutulur".

S. Babayeva qeyd edib ki, müəssisənin qurulmasında Türkiyədən dəstək alınıb.

Qeyd edək ki, istehsalçıya İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1,2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün investisiya xərcləri 3,9 milyon manat təşkil edir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Maska   Zavod   İstehsal   Müəssisə  





Xəbər lenti