Cəzaçəkmə müəssisələrində koronavirus aşkarlanmayıb

  07 Aprel 2020    Oxunub : 1196
 Cəzaçəkmə müəssisələrində koronavirus aşkarlanmayıb
"Koronavirusla bağlı cəzaçəkmə müəssisələrində vəziyyəti nəzarətdə saxlamaq üçün Ədliyyə Nazirliyində Monitorinq Qrupu yaradılıb. Qrup xüsusi rejimli cəzaçəkmə müəssisələrində məhkumlara baş çəkib".
Azvision.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyi yanında cəzaçəmə müəssisələrinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, məhkumların vəziyyəti daim nəzarətdə saxlanılır: "Müəssisələrdə daxili karantinlər yaradılıb. Hərarəti olan şəxslər daxili karantinə götürülüb. Bu günə qədər heç bir müəssisədə koronavirus aşkar edilməyib. Qrup tərəfindən məhkumların ərzaq keyfiyyətinin monitorinqi mütəmadi olaraq aparılıb. Ərzaqın keyfiyyətinin yetərincə olması yoxlanılıb. Müəssisələrdə sanitar-gigiyenik qaydalar nəzarətdə saxlanılır. Məhbuslara kənardan ərzaq gətirilməsi dayandırılıb. Bundan başqa, Ədliyyə Nazirliyində bu məsələ ilə bağlı xüsusi Operativ Qərargah yaradılıb. Hər gün iki dəfə müəssisələrdəki vəziyyət barədə məlumat alınır".

Azvision.az

Teqlər: Həbsxana   Monitorinq