Rusiyadan qayıdan çinlilərdə koronavirus aşkarlandı

  07 Aprel 2020    Oxunub : 909
Rusiyadan qayıdan çinlilərdə koronavirus aşkarlandı
Moskvadan ölkələrinə qayıdan 20 Çin vətəndaşında koronavirus aşkarlanıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, onlar Moskvadan Çinə Vladivostok vasitəsilə gəliblər.

Bütün yoluxanlar "Aeroflot"la Moskvadan Vladivostoka uçub, bir gün sonra avtobusla Suyfenhe sərhəd-keçid məntəqəsinə çatıblar.

Koronavirusa yoluxan çinlilərin hamısı müalicə üçün karantinə alınıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Moskva   Çin   Koronavirus