Azərbaycanda koronavirusla bağlı son vəziyyət - STATİSTİKA

   Azərbaycanda koronavirusla bağlı son vəziyyət -    STATİSTİKA
  07 Aprel 2020    Oxunub:10290
Bu gün Azərbaycanda 2349 nəfər koronavirus testindən keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazilərin İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, indiyədək Azərbaycanda testdən keçənlərin sayı 47 102 nəfərə çatıb. Hazırda reanimasiyada olan xəstə sayı 4, intubasiya olunmuş xəstələrin sayı isə 2 nəfərdir.

Qeyd edək ki, ölkədə koronavirusa yoluxanların sayı 641, virusdan ölənlər 7, sağalan xəstə sayı 44, aktiv xəstələrin sayı isə 590 nəfərdir.



Azvision.az



Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti