Qatarların hərəkət cədvəli dəyişdirildi

Qatarların hərəkət cədvəli dəyişdirildi
  06 Aprel 2020    Oxunub:2781
"Azərbaycan Dəmir Yolları" QSC sərnişinlərin müraciətlərini nəzərə alaraq, Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların qrafikində dəyişiklik edib.
QSC-dan Azvision.az-a verilən məlumata görə, məqsəd karantin müddətində qatarların hərəkət cədvəlinin fəaliyyəti zəruri olan müəssisələrin əməkdaşlarının iş saatı ilə uyğunlaşdırılması və vətəndaşların gediş-gəlişinin daha səmərəli təşkilidir.

Bu dəyişiklik aprelin 7-dən karantin müddəti bitənədək qüvvədə olacaq.



Azvision.az



Teqlər: Qatar  





Xəbər lenti