İslam Partiyasının funksioneri əfv edildi

 İslam Partiyasının funksioneri əfv edildi
  06 Aprel 2020    Oxunub:2867
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb.
Azvision.az -ın məlumatına görə, əfv olunanlar arasında Azərbaycan İslam Partiyasının funksioneri Fəraməz Abbasov da var.

Qeyd edək ki, 1955-ci il təvəllüdlü Abbasov Fəramiz Zeynal oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 7 oktyabr tarixli hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (terrora hazırlıq) və 29, 278-ci (hakimiyyəti zorla ələ keçirməyə cəhd) maddələri ilə təqsirli bilinirdi.

Azvision.az



Teqlər: İlham-Əliyev   Əfv  





Xəbər lenti