10 milyonuncu vətəndaşımızın 1 yaşı oldu - FOTOLAR

 10 milyonuncu vətəndaşımızın 1 yaşı oldu -  FOTOLAR
  06 Aprel 2020    Oxunub:5862
Bu gün Azərbaycanın 10 milyonuncu vətəndaşı olan Mehriban Həsənovanın bir yaşı tamam olur.

Bir yaşlı Mehribanın atası Rauf Həsənov Azvision.az -a bildirib ki, övladının doğum gününü evdə ailə üzvləri ilə birlikdə qeyd edəcəklər.
“Koronavirusla əlaqədar heç nə edə bilmədik. Yalnız ailə üzvlərim - uşağın nənəsi, babası, özümüz ad gününü qeyd edəcəyik. Həyat normal axarına qayıdandan sonra yayda böyük doğum günü məclisi təşkil edəcəyik”.

R.Həsənov tezliklə daha bir qız övladının dünyaya gələcəyini deyib: “İnşallah bu yaxınlarda evimizdə növbəti övlad səsi gələcək. Balaca Mehribanımızın bacısı anadan olacaq. Qızım artıq gəzir. Mənə ata deyir, hər gün işə yola salır, sağollaşır. İşdən qayıdan da qapının qarşısında qarşılayır”.



Qeyd edək ki, ötən ilin aprelin 6-da Azərbaycanın 10 milyonuncu sakini doğulub. Bakı şəhərində dünyaya gələn qıza Mehriban adı qoyulub. Uşağın valideynləri keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı və Həsənov Rauf Yunis oğludur.











Aytən Zəhra
Azvision.az


Teqlər: Vətəndaş  





Xəbər lenti