Həqiqi hərbi xidmətə çağırış başladı

Həqiqi hərbi xidmətə çağırış başladı
  01 Yanvar 2014    Oxunub:6781
Bu gündən Azərbaycanda növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb.
Bu gündən Azərbaycanda növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb.

AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 1996-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olan, habelə 1979-1995-ci illərdə doğulan, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməyən, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən Azərbaycan Respublikasının vətəndaşları 2014-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Sərəncama uyğun olaraq, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2014-cü il yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 14-də Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.


Teqlər:  





Xəbər lenti