İranda koronavirusdan ölənlərin sayı 3739-a çatıb

İranda koronavirusdan ölənlərin sayı 3739-a çatıb
  06 Aprel 2020    Oxunub:2648
İranda son gün ərzində 136 nəfər koronavirusdan vəfat edib.
Azvision.az "IRNA"ya istinadən xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib. Onun sözlərinə görə, ölkədə infeksiyadan ölənlərin sayı 3739, virus daşıyıcılarının sayı isə 60 500 nəfərə çatıb.

K.Cahanpur, həmçinin 24 236 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını deyib.

Şəhanə Rəhimli
Azvision.az



Teqlər: İran  





Xəbər lenti