Parlamentin iclasının gündəliyi dəyişdi - SİYAHI

   Parlamentin iclasının gündəliyi dəyişdi -    SİYAHI
  06 Aprel 2020    Oxunub:2767
Milli Məclisin aprelin 9-da keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.
Azvision.az xəbər verir ki, gündəliyə 6 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı barədə.

2. E.S.Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında.

3."Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

4.Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

5."Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

6. "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

Qeyd edək ki, bundan öncə Milli Məclisin plenar iclasının gündəliyində 5 məsələnin olduğu açıqlanmışdı.

Azvision.az


Teqlər: Milli-Məclis   İclas   Gündəlik  





Xəbər lenti