33 yaşlı erməni qadın minaya düşdü

33 yaşlı erməni qadın minaya düşdü
  06 Aprel 2020    Oxunub:2719
Ermənistan vətəndaşı olan 33 yaşlı qadın minaya düşüb.
Azvision.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, hadisə Ararat bölgəsində baş verib. Belə ki, kənd sakini qayınanası ilə birlikdə tarlada işləyərkən təsadüfən minaya toxunub.

Partlayış nəticəsində erməni qadın sol ayağından yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Ermənistan   Qəza  





Xəbər lenti