201 sürücünün sərnişin daşımasına icazə verildi

201 sürücünün sərnişin daşımasına icazə verildi
  06 Aprel 2020    Oxunub:2894
Bu saata qədər qədər Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən taksi xidməti göstərən 201 nəfər sürücü barədə məlumatlar "icaze.e-gov.az" portalına daxil edilib.
Azvision.az xəbər verir ki, bunu DANX-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. Onun sözlərinə görə, həmin sürücülər ölkə ərazisində taksi fəaliyyətini davam etdirə bilərlər.

“Regionlarda taksi fəaliyyəti göstərən sürücülər fərqlənmə nişanını əldə etmək üçün DANX-ın 11 regional bölmələrinə müraciət edirlər. Bununla yanaşı, onlar “Azerpoçt”un regionlar üzrə olan mərkəz filiallarına yaxınlaşıb, vergilərini ödəyib fərqlənmə nişanı əldə edə bilərlər. Bundan sonra sürücülərin məlumatları Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən "icaze.e-gov.az" portalına daxil ediləcək. Bu, taksi sürücüsünün şəhərlərarası rahat fəaliyyəti üçündür. Sürücünün “Aazerpoçt”a rahat gəlməsi üçün onun 1,2,3 rəqəmindən müvafiq olanını və şəxsiyyət vəsiqəsini yazıb 8103-ə göndərməsi lazımdır”.

N.Allahyarova illərlə taksi fəaliyyəti göstərməyən və vəziyyətdən sui-istifadə etmək istəyənlərə xəbərdarlıq edib. O bildirib ki, seçim olacaq və hər kəsə fərqlənmə nişanı verilməyəcək.

Qurum rəsmisi qeyd edib ki, minimum son 6 ayda fərqlənmə nişanını alan sürücülərə icazələrin alınmasına üstünlük veriləcək.

Aytən Zəhra
Azvision.az


Teqlər: DANX   Sürücü   İcazə  





Xəbər lenti