Koronavirusun tüğyan etdiyi ölkələr - Bu günün statistikası

Koronavirusun tüğyan etdiyi ölkələr -  Bu günün statistikası
  06 Aprel 2020    Oxunub:4338
Bu günədək dünyada 1 milyon 274 min 929 nəfər yeni növ koronavirusa yoluxub. Virusa yoluxmuş 69 min 498 xəstə ölüb, 265 min 885 nəfər sağalıb.
Azvision.az Worldometers.info-ya istinadən xəbər verir ki, yerdə qalan 939 min 546 nəfərdən 893 min 648-nin vəziyyəti qənaətbəxş hesab olunur. 45 min 898 xəstənin durumu orta-ağır qiymətləndirilir.

Son məlumatlara görə, koronavirusa dünyanın 208 ölkəsində rast gəlinib.

Virusa ən çox yoxulma faktı ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 366 min 851 nəfərdə virus aşkarlanıb. Xəstələrdən 9 min 620 nəfəri ölüb. Son 12 saat ərzində 178 yeni yoluxma, 4 ölüm qeydə alınıb.

İkinci yerdə gələn İspaniyada 131 min 646 yoluxma halı baş verib. Xəstələrdən 12 min 641 nəfəri vəfat edib.

Üçüncü yerdə İtaliyadır. Bu ölkədə 128 min 948 nəfər virusa yoluxub. Onlardan 15 min 887 nəfəri dünyasını dəyişib. Yeni yoluxma və ölümə rast gəlinməyib.

Dördüncü yerdə Almaniya gəlir. Bu ölkədə 100 min 123 nəfər virusa yoluxub, onlardan 1584 nəfəri ölüb.

Siyahıda beşinci sırada olan Fransada 92 min 839 nəfər koronavirusa yoluxub, 8 min 78 nəfər ölüb.

Altıncı sırada qərarlaşan Çində 81 min 708 nəfər koronavirusa yoluxmuş şəxs qeydə alınıb. Bu ölkədə virusdan ölənlərin sayı 3 min 331 nəfərə çatıb. Son 12 saat ərzində yoluxanların sayı 39 nəfər olub. Hesabat saatında 2 nəfər dünyasını dəyişib.

Yeddinci sırada gələn İranda isə 58 min 226 virusa yoluxma halı təsdiqlənib. İndiyədək 3603 nəfər ölüb.

Səkkizinci sırada yer alan İngiltərədə 47 min 806 nəfər virusa yoluxub, 4934 nəfər dünyasını dəyişib.

Türkiyə 27 min 69 nəfər koronavirusa yoluxma ilə 9-cu pillədədir. Bu ölkədə 574 nəfər pandemiyanın qurbanı olub.

Siyahıda 10-cu yerdə qərarlaşan İsveçrədə 21 min 100 nəfər koronavirusa yoluxub. 715 daşıyıcı dünyasını dəyişib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti